“Elektron Resept Sistemində reseptlərin saxtalaşdırılması riskinin minimuma endirilməsi məqsədilə çoxsəviyyəli təhlükəsizlik və nəzarət mexanizmləri tətbiq olunur”.
Cia.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, sistemə daxil olaraq resept tərtib etmək hüququ yalnız səlahiyyətli həkimlərə verilir və bütün əməliyyatlar identifikasiya olunmuş istifadəçi hesabları vasitəsilə həyata keçirilir: “Bu yanaşma hər bir reseptin konkret həkimlə əlaqələndirilməsini təmin edir və məsuliyyət mexanizmini gücləndirir. Həkimlər resept tərtib edərkən sistem üzərindən pasiyenti qəbul etdikləri tibb müəssisəsini seçərək, resepti həmin müəssisə üzrə rəsmiləşdirirlər. Resept tərtib olunduqdan sonra onun məzmununda dəyişiklik etmək mümkün deyil. Resept həkim tərəfindən ləğv edildiyi halda belə, onun elektron nüsxəsi sistemdə saxlanılır, lakin etibarsız status aldığı üçün apteklər tərəfindən təmin edilmir. Elektron reseptlər tərtib edildiyi tarixdən etibarən 3 ay müddətində qüvvədə olur. Bu müddət başa çatdıqdan sonra resept avtomatik olaraq istifadə üçün etibarsız hesab edilir. Sistem həmçinin resept üzrə dərmanların hissə-hissə təmin olunmasına da imkan yaradır. Bu o deməkdir ki, reseptdə göstərilən dərman vasitələri ehtiyac yarandıqca mərhələli şəkildə əldə edilə bilər. Reseptdə qeyd olunan bütün dərman vasitələri təmin edildikdən sonra isə həmin reseptin təkrar istifadəsi mümkün olmur”.
S. Məhərrəmova vurğulayıb ki, sistemdə tərtib edilən bütün reseptlər vahid məlumat bazasında saxlanılır və hər bir resept üçün unikal identifikasiya kodu formalaşdırılır: “Apteklərdə dərman vasitələrinin buraxılışı yalnız sistemdə mövcud olan və təsdiqlənmiş elektron reseptlər əsasında həyata keçirilir. Bu mexanizm reseptlərin saxtalaşdırılması, təkrar istifadəsi və ya qeyri-qanuni dövriyyəsinin qarşısını effektiv şəkildə alır. Bundan əlavə, sistemdə audit və izləmə funksiyaları da mövcuddur. Reseptin tərtibi, icrası və onun üzərində aparılan bütün əməliyyatlar sistem tərəfindən qeydə alınır və izlənilir. Bu imkan şübhəli və ya qeyri-standart əməliyyatların operativ şəkildə aşkarlanmasına və zəruri hallarda müvafiq araşdırmaların aparılmasına şərait yaradır. Nəticə etibarilə, Elektron Resept Sistemi kağız reseptlərlə müqayisədə daha təhlükəsiz, izlənilə bilən və nəzarət olunan mühit yaradır. Bu isə reseptlərin saxtalaşdırılması riskini əhəmiyyətli dərəcədə azaldaraq dərman dövriyyəsində şəffaflığın və etibarlılığın təmin edilməsinə xidmət edir”.
Alimlər müəyyən ediblər ki, vegetarian qidalanma (ətdən imtina) bəzi xərçəng növlərinin yaranma riskini azalda bilər. Lakin bu qidalanma formasının müəyyən mənfi tərəfləri də mövcuddur.
Xərçəng hüceyrələri hər gün bədənimizdə yaranır, lakin güclü immun sistemi onların böyüməsinə imkan vermir. Müdafiə mexanizmi zəiflədikdə isə xəstəlik üçün münbit şərait yaranır.
Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz.
Diş sağlamlığı ilə bağlı gözardı edilən məqamlar yenidən diqqət mərkəzinə düşüb. Həkimlər gündəlik qidalanmanın təsirini xatırladır, bəzi məhsulların isə dişlər üçün ciddi təhlükə yaratdığını deyir.
Mədə yanması və qıcqırma çox vaxt qidaların tərkibindən deyil, onların qəbulu zamanı yol verilən vərdişlərdən qaynaqlanır. Qastroenteroloq Aleksandra Metelina bildirib ki, ən geniş yayılmış yanlışlıqlardan biri yemək yeyərkən eyni zamanda çay içməkdir.
Həkimin sözlərinə görə, qidanı fasilə vermədən maye ilə qəbul etmək mədəyə artıq havanın daxil olmasına şərait yaradır. Bu isə sonradan gəyirmə, yanğı və narahatlıq hissi ilə nəticələnir. Eyni hal yeməyi çox sürətlə yeyən insanlarda da müşahidə olunur. Sürətli qidalanma zamanı udulan hava həzm prosesini çətinləşdirir və sanki keyfiyyətsiz qida yeyilmiş təəssüratı yaradır.
Orqanizm üçün həyati əhəmiyyət kəsb edən vitamin D-nin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elm adamları qida əlavələrinin populyarlaşması ilə dozanın aşılması hallarının kəskin artdığını bildirirlər.
Yaz fəslində təbiətin oyanması ilə birlikdə müxtəlif təzə göyərtilər də süfrəmizə daxil olur. Bu göyərtilər yalnız dad baxımından deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır.
Mədə yanması və Qastrit zamanı əsas problem mədə selikli qişasının həssaslaşması və turşuluğun artmasıdır. Bu vəziyyətdə düzgün seçilmiş bitki çayları həm iltihabı azalda, həm də yanma hissini yüngülləşdirə bilər. Lakin hər çay faydalı deyil — bəziləri əksinə, vəziyyəti ağırlaşdıra bilər.