banner
banner

Maraqlı

Sərçə sayəsində milyonçu oldu

Sərçə sayəsində milyonçu oldu

ABŞ-nin Ohayo ştatında bir kişi quşu xoş əlamət hesab edərək lotereyada 879 min dollar qazanıb.

Bəxti gətirən şəxs danışıb ki, günlərin bir günü avtomobilində nahar edərkən qəfildən içəri bir sərçə daxil olub və sərnişin oturacağının qarşısındakı döşəməyə qonub. Kişiyə elə gəlib ki, quş ona uğur vəd edir və növbəti həftə o, üç lotereya bileti alıb.

Birinci bilet ona heç nə qazandırmayıb. İkinci biletdə isə kişi 120 min dollar məbləğində uduş barədə məlumat görüb. O, dərhal həyat yoldaşına zəng edərək nəhayət varlandıqlarını xəbər verib.

Artıq evdə həyat yoldaşı uğurlu bileti araşdırıb və məlum olub ki, əslində kişi 20 il ərzində hər ay 10 min dollar ödəniş qazanıb. Ümumilikdə o, 2,4 milyon dollar əldə edə bilərdi. Lakin kişi uduşu birdəfəlik ödəniş şəklində almağı üstün tutub.

Cütlük hələlik mükafat pulunu necə xərcləyəcəklərinə qərar verməyib. Onlar maliyyə məsləhətçisinə müraciət etməyi planlaşdırırlar. (Publika.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Növbəti 20 illə bağlı ŞOK XƏBƏRDARLIQ

“Decoder” podkastında danışan “Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektə əsaslanan iqtisadiyyata keçidin əmək bazarını köklü şəkildə dəyişə biləcəyini bildirib. Onun sözlərinə görə, bu proses insanların cəmiyyətdəki rolu ilə bağlı yeni suallar yarada bilər.

Dekabrın 15-i saat 18:00 – bundan sonra gec olacaq!

Azərbaycanda notarius olmaq istəyən ali hüquq təhsilli vətəndaşlar üçün növbəti açıq müsabiqə elan edilib. Namizədlər sənədlərini noyabrın 16-dan dekabrın 15-dək təqdim edə bilərlər.

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.