banner
banner

İqtİsadİyyat

Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ

Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları və ya 0,93 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.

Sozcu.info xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 114,99 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,01 ABŞ dolları və ya 0,87 % azalaraq 115,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər

Azərbaycanda kredit bazarında dinamika dəyişir. Son statistik göstəricilər bankların qeyri-işlək kredit portfelinin 763 milyon manata çatdığını göstərir. Bu artım xüsusilə istehlak və biznes sahələrində özünü büruzə verir ki, bu da maliyyə sistemində risklərin artması ehtimalını gündəmə gətirir.

Neftin qiyməti ilə bağlı VACİB XƏBƏR

Londonun “ICE Futures” birjasında aparılan son əməliyyatlar zamanı “Brent” markalı xam neft üzrə 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan fyuçers kontraktlarının qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,7% yüksələrək bir barel üçün 111,17 ABŞ dollarına çatıb.

Azərbaycanda süd məhsulları BAHALAŞIR? - SƏBƏB

Ölkəyə idxal olunan həm həcmi, həm də dəyəri artır. Təkcə bu ilin ilk aylarında süd və qaymaq məhsullarına çəkilən xərclər ötən illə müqayisədə 61 faiz yüksəlib. Ümumi idxal xərci artıb. Bu da o deməkdir ki, ağartı məhsulları baha başa gəlir. Nəticədə bu artım bazar qiymətlərinə də təsir edir.

Azərbaycanda bu avtomobillər BAHALAŞDI

Bu ay Azərbaycanda avtomobil bazarında əsas tendensiya qiymətlərin ümumilikdə sabit qalması fonunda bəzi seqmentlərdə artımın davam etməsi olub. Bahalaşma daha çox ikinci əl, yaxşı vəziyyətdə olan və yanacağa qənaətli avtomobillərdə müşahidə edilib.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

VAZ 2103 170 min manata satışa çıxarıldı

Sovet dövrünün ən nadir nəqliyyat vasitələrindən biri olan milis avtomobili satışa çıxarılıb. Uzun illər qorunub saxlanılan bu texnika kolleksiyaçılar üçün əsl tapıntı hesab olunur.

Neftin son dəqiqə QİYMƏTİ - BAHALAŞDI

ABŞ-ın İrandan gələn və Hörmüz boğazının açılmasını nəzərdə tutan təklifinə Vaşinqtonun mənfi cavab verəcəyinə dair xəbərlər neft bazarında qiymətlərin artmasına səbəb olub.