banner
banner

Dünya

Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı - FOTO

Minlərlə yumurta oğurlayan mühafizəçi saxlanıldı -

Çindəki fabriklərdən birində mühafizəçi işləyən şəxsin minlərlə yumurta oğurlaması böyük təəccüblə qarşılanıb. 
Çinin Pinqhu şəhərində baş vermiş hadisədə soyadı Qu olan şəxsin evində 1000 ədəd yumurta aşkarlanıb. 

Evdə aparılan axtarışa isə Qunun içi yumurtayla dolu 2 çanta ilə fabrikin çıxışında yaxalanması səbəb olub. 

Aşkarlanan yumurtaların üzərində etiket və tarix də olub. Günahını etiraf edən Qu yumurtanı çox sevdiyini bildirib. 

Mühafizəçinin evində həmçinin ət, sabun, salfet, yuyucu toz və s. aşkarlanıb. Neçə dəfə oğurluq etdiyini xatırlamadığını deyən Qu evdəki hər şeyin oğurluq olduğunu bildirib. 

Fabrik rəhbərliyi isə baş verənlərə görə şoka düşdüklərini bildiriblər. 

“Hamı kimi biz də fabriki qorumaq kimi öhdəliyi olan birinin belə bir addım atmasından çox təəccübləndik. Ailəsi olmadığı üçün gecələr işləyən və işini sevən bir insan idi. İndi öyrəndik ki, gecələr dolaşaraq heç kimin onu görmədiyi anda oğurluq edirmiş”. 







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.