Faydasız bilinib zibilliyə atılırdı- Arıqlamaq istəyənlər üçün möcüzəvi qida imiş
Yaz və yay aylarında mətbəxdə çox vaxt diqqətdən kənarda qalan, birbaşa tullantıya atılan bəzi tərəvəz yarpaqlarının əslində olduqca faydalı olduğu məlum olub.
Qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, xüsusilə qırmızı çuğundurun saplaq və yarpaqları vitamin və minerallarla zəngindir. Evdə yemək hazırlanarkən əksər hallarda kəsilib atılan bu hissələr sağlamlıq üçün ciddi fayda verir.
Mütəxəssislər bildirirlər ki, çuğundur yarpaqları immun sistemini gücləndirir, həmçinin çəkiyə nəzarətdə mühüm rol oynayır.
Bu yarpaqların tərkibində kalsium, dəmir, kalium, maqnezium və mis kimi vacib minerallar mövcuddur. Eyni zamanda C və E vitaminləri, beta-karotin, lutein və zeaksantin kimi güclü antioksidantlarla zəngindir.
Həmin maddələr göz sağlamığını qorumağa kömək edir, hüceyrələrin zədələnməsinin qarşısını alır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, çuğundur yarpaqları damarların genişlənməsinə kömək edən nitrat birləşmələri ilə də zəngindir. Bu isə qan dövranını yaxşılaşdırır və təzyiqin normada qalmasına dəstək verir.
Aşağı kalorili olması da bu qidanın əsas üstünlüklərindən biridir. Belə ki, 100 qram çuğundur yarpağında təxminən 25 kalori var. Liflə zəngin olduğu üçün uzun müddət toxluq hissi yaradır və arıqlamaq istəyənlər üçün uyğun seçim hesab olunur.
Qidalanma üzrə mütəxəssislər çuğundur yarpaqlarının şorba, salat və smuzi kimi müxtəlif yeməklərə rahatlıqla əlavə oluna biləcəyini bildirirlər. Bu da onların gündəlik qida rasionuna asan şəkildə daxil edilməsinə imkan yaradır.//Demokrat.az
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...