Amerika Birləşmiş Ştatlarının etirazlarına baxmayaraq, İraq hökuməti Rusiya ilə müdafiə sənayesində əməkdaşlığa davam edəcək. Rəsmi Moskva İŞİD qruplaşmasına qarşı mübarizə məqsədilə İraqı silahlandırmağa razılıq verib. İraqın baş naziri Heydər əl-Abadi Rusiya prezidenti Vladimir Putinlə görüşündə əməkdaşlığa dair müzakirə aparıb. Moskvada keçirilən görüşdə, eyni zamanda, iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri də gündəmdə olub. “İraq bizim regionda çoxdankı və etibarlı tərəfdaşımızdır. Dünya və regiondakı iqtisadi vəziyyət çətin olsa da, bizim əlaqələrimiz uğurla inkişaf edir” - deyə Vladimir Putin bildirib.
Əl-Abadi öz növbəsində Rusiyanın terrorizmə qarşı mübarizədə İraqa göstərdiyi dəstəyə görə təşəkkür edib.
“Terrozimə qarşı mübarizədə bugünkü görüşün əməkdaşlıq əlaqələrinə böyük tövhə verəcəyinə ümid edirik. Hazırda da İraqda hərbi, texnologiya və neft sahəsində əməkdaşlıq edən şirkətlər fəaliyyət göstərir”.
İraqın Bəsrə şəhərində Rusiyanın "Lukoyl" şirkətinə məxsus bir neçə neft mədəni fəaliyyət göstərir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.