banner
banner

İdman

Biabırçı məğlubiyyət : “Fənər” azarkeşlərini hiddətləndirdi+VİDEO

Biabırçı məğlubiyyət :

“Ziraət” Türkiyə kuboku çərçivəsində keçirilən qarşılaşmada “Fənərbəxça”nın “Bursaspor”a biabırçı hesabla məğlub olması fənərliləri özündən çıxarıb. Cia.az-ın “İHA”ya istinadən verdiyi məlumata görə, sonuncu qoldan sonra tribunada olan bir qrup “Fənərbaxça” azarkeşi şüarlar səsləndirərək rəhbərliyi istefaya çağırıb. 
Qarşılaşma başa çatdıqdan sonra stadionun çıxışında da etirazlar davam edib. Yenə bir qrup fənərli azarkeş “Diktator istefa” şüarları ilə “Fənərbaxça”nın direktoru Əziz Yıldırımı istefaya çağırıblar. 
Başqa bir qrupun “istefaçı” azarkeşlərə etiraz etməsi isə gərginliyə səbəb olub. Polisin müdaxiləsi ilə qruplar bir-birlərindən ayrılaraq dağılışıblar. 

Qeyd edək ki, “Fənərbaxça” – “Bursaspor” qarşılaşması 0-3 hesabla birincilərin məğlubiyyəti ilə başa çatıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.