banner
banner

Krİmİnal

Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var

Bakıda yaşayış binasında yanğın:

Bakıda yaşayış binasında yanğın olub.

Hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində baş verib. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər. Yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Alovun qarşısı alınıb.

Təcili tibbi yardım briqadasının əməkdaşları tüstüdən zəhərlənən bir nəfərə yerində yardım göstərib, bir qadın isə xəstəxanaya hosputalizasiya olunub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zakir Tağıyev və onun tanışı İsmət Dadaşlının (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.