banner
banner

Sİyasət

Prezident Sərəncam imzaladı

Prezident Sərəncam imzaladı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.

Cia az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Mədəniyyət Nazirliyi Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsindəMədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncam

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Prezident onları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.