Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın havası
İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27 isti olacaq.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
İyulun 16-da paytaxtın və Lənkəranın bir sıra ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu ilin birinci yarısında pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz (368 milyon manat) çox - ümumilikdə 3 milyard 916 milyon manat vəsait xərclənib.
Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Cia.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, zibil qabının düzgün yerdə yerləşdirilməsi xoşagəlməz qoxuların, bakteriyaların və həşəratların yaranmasının qarşısını almağa kömək edir. Demək olar ki, hər evdə zibil qabı olsa da, onun harada saxlanılmasının sağlamlıq və gigiyena baxımından nə qədər vacib olduğu çox vaxt nəzərə alınmır.
Astroloq Dinçer Güner bildirib ki, təxminən dörd gün təsirini göstərəcək Venera-Uran kvadrat aspekti həm münasibətlərdə, həm də gündəlik həyatda gözlənilməz hadisələrə səbəb ola bilər.