banner
banner

İdman

Azərbaycan - Serbiya: hakimlər müəyyənləşdi

Azərbaycan - Serbiya:

İyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Cia.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmanı Avstriyadan olan hakimlər idarə edəcək.

Matçın baş hakimi Harald Lechner olacaq. Ona Andreas Heidenreiç və Roland Riedel köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Manuel Şüttengruber yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.