Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi "X" sosial şəbəkəsindəki rəsmi hesabında xəbər verib.
Ölkənin şimal-qərbində yerləşən beş vilayətdə şiddətli leysan yağışları gözlənilir.
Narıncı kod meteoroloji təhlükə şkalasında dörd səviyyə arasında üçüncüdür. Bu xəbərdarlıq güclü leysan, daşqınlar, nəqliyyatın hərəkətində fasilələr, elektrik xətlərinin qırılması, ağacların aşması və tikililərə zərər dəyməsi kimi maddi ziyana, bədbəxt hadisələrə və insan itkisinə səbəb ola biləcək təhlükəli təbiət hadisələrindən xəbərdar edir.
Qeyd edək ki, İstanbul bu həftə ərzində şiddətli leysan yağışlarına məruz qalıb və şəhərin bəzi rayonlarını su basıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində dörd nəfər həlak olub, üç nəfər isə itkin düşmüş hesab olunur.
Meteorologiya İdarəsi, həmçinin oktyabrın 17-si üçün ölkənin 81 vilayətindən 36-da, o cümlədən Ankara, Mərkəzi Anadolu və Aralıq dənizi bölgəsində sarı təhlükə kodu elan edib. Bu ərazilərdə güclü yağış və külək proqnozlaşdırılır. (oxu.az)
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.
Dünya ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazında ciddi insident baş verib. İçərisində minlərlə elektronika məhsulu olan yük gəmisi minaya düşüb.
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının süni intellekt siyasətini əlaqələndirəcək yeni bir hökumət agentliyi olan "Superintellekt Qüvvələri"nin yaradıldığını elan edib.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.