banner
banner

Sosİal

Azərbaycanda istilik bu tarixdən veriləcək - RƏSMİ

Azərbaycanda istilik bu tarixdən veriləcək - RƏSMİ
Azərbaycanda 2026-2027-ci illər üzrə payız-qış istilik mövsümünün başlanma tarixləri açıqlanıb.
 
"Azəristiliktəchizat” ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, Bakı şəhərində və respublikanın əksər ərazilərində istilik mövsümü noyabrın 15-də başlayacaq və aprelin 15-dək davam edəcək.
 
Ölkənin bəzi şəhər və rayonlarında isə istilik mövsümü noyabrın 1-dən mayın 1-dək nəzərdə tutulub.
 
Bu ərazilərə Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala daxildir.
 
Qurumdan bildirilib ki, istilik mövsümünün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəsi, kütləvi informasiya vasitələri, eləcə də yaşayış binalarının girişlərində yerləşdirilən elanlar vasitəsilə məlumat veriləcək.
 
Qeyd olunub ki, hava şəraitindən və mövsümə hazırlıq vəziyyətindən asılı olaraq istisna hallarda istilik mövsümünün başlanma tarixi dəyişdirilə bilər. Lakin bunun üçün havanın ayrı-ayrı günlərdə soyuq keçməsi deyil, temperaturun davamlı və ciddi şəkildə aşağı düşməsi əsas götürülməlidir.
 
Belə qərarlar müvafiq dövlət orqanları məlumatlandırılmaqla qəbul ediləcək.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ - RƏSMİ

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bu şəxslər maaşları qədər pensiya alacaq

“Əmək pensiyaları haqqında” Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.

Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.