banner
banner

Sİyasət

Prezidentdən Zaur Nağıyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Zaur Nağıyevlə bağlı SƏRƏNCAM

"Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin (İH) sədrinə daha bir müavini təyin edilib.

Cia.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin vəzifə Zaur Nağıyevə həvalə olunub.

Bununla da, sədr müavinlərinin sayı 3-ə çatıb.

Yeni müavin 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.

O, 2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İH sədrinin müavini olub.

Z.Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.

O, 2017-ci ildə "Tərəqqi" medalı, 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı ilə təltif edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncam

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Prezident onları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisdən SƏRT BƏYANAT: “İstənilən həmlə cavabsız qalmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.