Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
Oktyabrın 26-da Bakının Yasamal rayonunun, eləcə də Şəmkir və Göygöl rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır.
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər.