Avropada 33 dilin mövcudluğu təhlükə qarşısındadır. Hətta onlardan 13-ü yaxın müddətdə məhv ola bilər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, YUNESKO bu dilləri 2 kateqoriyaya – “yox olan” və “təhlükə altında olan” dillərə ayırır. Birinci kateqoriyaya aid dillərdə yalnız yaşlı nəslin bəzi nümayəndələri danışır. Bu zaman onların övladları bu dili anlamırlar. İkinci kateqoriyaya aid dillərdə isə nadir hallarda olsa da gənclər də danışırlar.
Avropada ən ağır vəziyyətdə olan dil alman dilinin qotşey dialektidir. Qotşey almanları adlanan azsaylı etnik qrupun danışdığı bu dildən daha çox Sloveniyanın Koçevye şəhərində istifadə olunur. Hazırda bu dilin daşıyıcılarının dəqiq sayı məlum deyil.
Ukraynanın qərbində isə qaraim dilinin qaliç dialektində danışan cəmi 6 nəfər insan qalıb.
Rusiyanın Leninqrad vilayətinin Kinqisep rayonunda yaşayan vod xalqının isə bu dili bilən cəmi 20 nümayəndəsi qalıb.
YUNESKO-nun məlumatına görə, Rusiyanın Kol yarımadasında istifadə olunan və saam dillərindəın olan kild dili də təhlükə altındadır. Bu dildə cəmi 787 nəfər danışır.
Ümumilikdə, bu siyahıda Fransadan 8, Böyük Britaniyadan 4, İsveçdən 3, Xorvatiya, Bolqarıstan, İtaliya, Yunanıstan, Almaniya, Finlyandiya, Norveç və Latviyadan isə 1 dil yer alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.