banner
banner

Gündəm

Azərbaycanda 2,2 milyardlıq turist xərcləri – Ən böyük pay bu ölkənindir

Azərbaycanda 2,2 milyardlıq turist xərcləri – Ən böyük pay bu ölkənindir

2026-cı ilin ilk doqquz ayında Azərbaycana səfər edən xarici turistlərin ölkədə xərclədikləri vəsaitin həcmi 12,8 faiz azalıb.

Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata əsasən, yanvar-sentyabr aylarında xarici turistlər Azərbaycanda ümumilikdə 2 milyard 193 milyon manat (1,290 milyard dollar) xərcləyiblər.

Ən böyük pay Rusiya vətəndaşlarının hesabına düşüb. Belə ki, rusiyalı turistlər Azərbaycanda 666,6 milyon manat (392,1 milyon dollar) xərcləyiblər. Bu, xarici turistlərin ümumi xərclərinin təxminən 30 faizini təşkil edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn xarici turistlərin ümumi xərcləri 12,8 faiz, Rusiya vətəndaşlarının xərcləri isə 2,6 faiz azalıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər