Meksikanın qərbində xüsusi xidmətlə narkomafiya üzvlərinin toqquşması nəticəsində 40 nəfər həlak olub. Uğurla başa çatan əməliyyat zamanı minlərlə ton narkotik bitki məhv edilib. Lakin polis qüvvələri daha bir maneə ilə rastlaşıb ki, bunun nəticəsi gözlənilməz ola bilərdi. Belə ki, mafiya üzvləri küçələrə yerləşdirilən kameralar vasitəsilə polisin hər bir addımını güdürmüş. "France 24" xəbər verir ki, asayiş qoruyucuları müxtəlif yerlərdə 39 videoizləmə kamerası aşkarlanıb və müsadirə olunub.
Qeyd olunur ki, kameralar bələdiyyə xidmətinin istifadə etdiyi dirəklərə, hərbi və polis olmaqla digər dövlət qurumları qabağına yerləşdirilib. Eləcə də kameralar əsas bulvar və ticarət məskənlərində də aşkarlanıb.
Bütün kameralar internet modem və ya naqil vasitəsilə internetə qoşulu olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.