Amerikanın Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə xəbəri "Ria Novosti" agentliyi yayıb. Zəlzələ yerli vaxtla saat 11.47-də qeydə alınıb. Episüentr Kolyente şəhərindən 39 kilometr cənub qərbdə olub. Yeraltı təkanların mənbəyi isə 19,4 kilometr dərinlikdə olub.
Zəlzələdə zərər çəkənlər və dağıntılar barədə hələ ki, xəbər verilməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.