Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb. "Gənclərbirliyi"nin çalışdırıcısı Məsut Bakkal postundan ayrılıb. Buna səbəb komandanın mövsümü uğursuz keçirməsi olub. Super Liqanın XXXIII turunda evdə "Mersin İdman Yurdu"na 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi"inin baş məşqçisi getmək qərarına gəlib. Məsut Bakkalın istefası rəhbərlik tərəfindən qəbul olunub.
Qeyd edək ki, "Gənclərbirliyi" geridə qalan 33 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.