Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələri İraqın Ramadi şəhərində İŞİD silahlılarına qarşı növbəti dəfə aviazərbələr endirib. Əməliyyatlar zamanı İŞİD-ə məxsus azı 22 döyüş mövqeyi bombalanıb. Aviazərbələr nəticəsində insan itkisi olub-olmadığı məlum deyil. Bir müddət əvvəl İŞİD silahlıları Ramadi şəhərini zəbt etmiş, hökumət qüvvələri məğlub olduqlarını geri çəkilmək məcburiyyətində qalmışdılar. Nəticədə İŞİD üzvlərinə əlinə çoxlu sayda silah-sursat keçib.
İraq hökuməti silahlılara qarşı yeni hücum əməliyyatları planlaşdırdığı bir vaxtda yüzlərlə insan Ramadi şəhərini tərk etməkdə davam edir. Rəsmilər son 5 bir həftə ərzində 55 mindən çox insanın zorakılıqlardan qaçaraq paytaxt Bağdada doğru istiqamətləndiyini bildiriblər.
Silahlılar, eyni zamanda, tarixi-mədəni irsi olan Palmira şəhərini zəbt ediblər. Şəhərin qədim tikililəri, memarlıq abidələri, heykəllər və büstlər İŞİD vandalizmi tərəfindən məhv edilib.
İŞİD silahlıları sözügedən zəbt olunmuş ərazinin qazla zəngin yataqlara malik olduğunu da iddia edir.
Birləşmiş Millətlər Təşkilatı Palmirada YUNESKO-nun dünya mədəniyyəti irs siyahısına düşən tarixi abidələrin dağdılmasına görə dərin narahatlığını ifadə edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.