Azərbaycan yığmasının yüngül atleti Dmitri Marşin Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak üçün lisenziya qazanıb. “Ümid” yığma komandasının təmsilçisi çəkic tullama üzrə 78,52 metr nəticə göstərib. Bu, Azərbaycan idmançıları üçün ikinci lisenziyadır.
Birinci lisenziyanı isə “Baku Fires” boks klubunun üzvü Albert Səlimov qazanıb. O, apreldə keçirdiyi döyüşdə WSB Liqasının reytinqində 60 kq çəkidə birinci pilləni təmin edib. Bununla da milliləşdirilən boksçu 2016-cı ildə Braziliyada təşkil olunan olimpiadaya lisenziya qazanan ilk idmançımız olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.