Eynicinsli evliliklərin qanuniləşdirilməsi tərəfadarları cümə günü İrlandiyada keçirilən konstitusiya referendumda qalib oldular. Şənbə günü yayılan rəsmi nəticəyə əsasən referendumda iştirak edən 60 faiz irlandiyalının 62 faizi bu qərara “hə” deyib.
Beləliklə, İrlandiya gey evliliklərini ümummilli səsvermə nəticəsində qanuniləşdirən rəsmi ilk ölkə oldu. Bundan öncə AB-da belə qərarlar milli parlamentlərdə həll olunurdu.
Müşahidəçilərin fikrincə, əhalinin ən üst təbəqəsi bütün partiyalar, ictimai xadimlər, məşhurlar, idmançılar və digərləri qanunun qəbul edilməsi yönündə mövqe göstərmiş, ənənəvi dəyərlərə diqqət cəlb etmək istəyənlərin isə səsi elektoratın qulağına gəlib çıxmayıb.
Qeyd edək ki, eynicinsli evlilikləri artıq Belçika, Daniya,Niderland krallığı, Portuqaliya, Fransa eləcə də, Böyük Britaniyanın bir neçə bölgəsi qəbul edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.