"Yeralaşın atası" adlandırılan rejissor Boris Qraçevskinin evi qarət edilib. Mayın 24-də Moskvada bir gənc qadın polisə oğurluq haqqında məlumat verib. Sonradan müəyyən edilib ki, qarət edilən ev Rusiyanın tanınmış rejissoru, "Yeralaş" kinojurnalının yaradıcısı Boris Qraçevskiyə məxsus olub. Oğurluq baş verən vaxt o, başqa bir şəhərdə ezamiyyətdə olub. Araşdırma zamanı evdən 600 min rubl (təxminən 12 min manat) oğurlandığı müəyyən edilib. Lakin Boris Qraçevskinin özü Ren TV-nin müxbirinə müsahibəsində bu hadisəni səhv, anlaşılmazlıq adlandırıb və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazmaqdan imtina edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.