banner
banner

Dünya

Əhməd Davudoğlu azan oxudu- VİDEO

Əhməd Davudoğlu azan oxudu-
Türkiyənin baş naziri Əhməd Davudoğlu dünyaya yeni gələn körpənin qulağına azan oxudu. 
Sakarya vilayətində səfərdə olan baş nazir burda “Sakarya” universiteti Təlim və Araşdırma xəstəxanasının yeni doğum kompleksini ziyarət edib. 

Burda yeni ana olmuş qadınlarla söhbət edən Davudoğlu onlara gül və yardım çeki verib, həmçinin dünyaya yeni göz açmış körpələrə də qızıl hədiyyə edib. 

Baş nazir Davudoğlu daha sonra körpələrdən birinin qulağına azan oxuyaraq adını deyib. 

Qeyd edək ki, dünyaya yeni göz açmış körpənin qulağına azan oxuyaraq adını söyləmək İslam peyğəmbərinin məsləhətlərindən biridir. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.