"Barselona" "Real"ın futbolçusu Kriştiano Ronaldonu transfer etmək istəyib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Madrid klubunun sabiq prezidenti Ramon Kalderon məlumat verib. O bildirib ki, 2008/2009 mövsümündə həmin vaxt "Mançester Yunayted"in şərəfini qoruyan K.Ronaldonu transfer etmək istəyiblər. Ancaq o zaman "MY"nı çalışdıran Aleks Fergüsson portuqaliyalı oyunçunun "Real"a keçməsini istəməyib:
"Fergüsson "Real"ı bəyənmirdi. Ronaldonu almağımıza mane olmaq üçün çalışdı. Ronaldonu "Barselona" da transfer etmək istəyərdi və "Mançester Yunayted"" Kataloniya klubu ilə razılığa gəldi. Ancaq Kriştiano "Barsa"ya keçməkdən imtina etdi və "Real"da oynamaq istədiyini bildirdi. Bundan sonra "Mançester Yunayted"lə razılığa gələ bildik".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.