Braziliyadakı həbsxanalardan birində qiyam baş qaldırıb. Cia.az-ın məlumatına görə, Braziliyanın şimal-şərqində yerləşən Bahia ştatının Feyra de Santana şəhərindəki həbsxanalardan birində baş qaldıran qiyamda 8 nəfər dünyasını dəyişib. Yerli mediada yayılan xəbərlərdə məhbus yaxınları olan 70 nəfər girov götürüldüyü bildirilir. Qiyamçılarla girovların sərbəst buraxılması yönündə aparılan danışıq 18 saat davam edib. Nəticədə 8 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Qiyama səbəb kimi həbsxanadakı qrupların arasındakı hegemonluq davasının baş qaldırması olduğu vurğulanır. Həbsxana mühafizəçiləri axtarış zamanı məhbuslardan 3 silah aşkar ediblər.
467 məhkumun cəza çəkdiyi həbsxanada hazırda sakitliyin bərqərar olduğu qeyd edilir.
Xatırladaq ki, ötən ilin avqust ayında isə ölkənin Parana ştatında Kaskavel həbsxanasında qiyam qalxmış, 45 saatlıq qiyamda iki məhkumun başı kəsilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.