İraqın Bayci şəhərində terrorçu-kamikadze özünü partladıb, nəticədə 6-sı hərbçi olmaqla 8 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, terrorçu şəhər küçələrinin birində toplaşmış hərbçilər və yerli sakinlərə hücum edərək partlayıcı qurğunu işə salıb.
Bundan əvvəl İraq hərbçiləri ölkənin ən iri neft emalı zavodunun yerləşdiyi Bayci şəhərinin mərkəzini “İŞİD” silahlılarından təmizləyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.