Ermənistan idmançılarının xərcini özü ödəyəcək - 25 nəfər gəlir
Ermənistanı Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında 25 idmançı təmsil edəcək.
Bu barədə Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan məlumat verib. Onun sözlərinə görə, idmançılar taekvando, atıcılıq, sambo, cüdo, boks və yunan-roma güləşində özlərini sınayacaqlar. Rostomyan hazırda təhlükəsizlik və təşkilati işlərdə hər hansı problem olmadığını bildirib. O, ilk qrupun Bakıya iyunun 10-da gələcəyini deyib. Baş katib vurğulayıb ki, Azərbaycan bütün xərcləri öz üzərinə götürsə də, erməni nümayəndə heyətinin bütün xərclərini MOK-un prezidenti Qaqik Çarukyan həll edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.