“Suonsi”nin sabiq baş məşqçisi Mikael Laudrup yenidən İngiltərədə çalışa bilər. Danimarkalı çalışdırıcının adı müxtəlif klublarla yanaşı hallanır. İngiltərənin “Nyukasl”, “Vest Hem” və “Kristal Pelas” klubları Laudrupla danışıq aparır.
Hər 3 klub təcrübəli mütəxəssislə müqavilə bağlamaqda maraqlıdı. Hazırda fəaliyyətini Qətərdə davam etdirən Laudrupun hansı qərar verəcəyi maraq doğurur. O, ingilis klublarından biri ilə anlaşsa, çempion etdiyi “Lexviya” komandasından ayrılacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.