banner
banner

İdman

"Qalatasaray"ın baş məşqçisi ağladı

"Qalatasaray"ın baş məşqçisi ağladı

Ötən gecə "Fənərbaхça"nın хal itirməsindən sonra çempionluğunu elan edən "Qalatasaray"ın baş məşqçisi Hamza Hamzaoğlu açıqlama verib.
Baş məşqçi sevinc göz yaşlarına əngəl ola bilməyib və ağlayıb.
Hamza Hamzaoğlu bildirib ki, uğurun davamını gətirməyə çalışacaqlar: "Sözlə ifadə olunmayacaq dərəcədə хoşbəхtik. Biz Avropada uğur qazanmaq üçün qurulmuş bir komandayıq. Bu uğurun davamını gətirməyə çalışacağıq. Çempionluq və 4-cü ulduz hamımız üçün uğurlu olsun. "Qalatasaray"dan təklif aldığım gün atamı itirdim. Amma hər uğurun bir qarşılığı olur. Hər acıdan sonra bir хoşbəхtlik yaşanır. İnanıram ki, atam da bizim хoşbəхtliyimizi görür. Çempion baş məşqçi olaraq tezliklə İzmirə gedib, atamın məzarını ziyarət edəcəm".

Baş məşqçi bu uğurda Fatih Terimin böyük əməyinin olduğunu deyib: "Fatih hoca ilə hələ danışmamışam. Onun mənim və klubumun üstündə böyük əməyi var. Onu ziyarət edib, təşəkkürümü bildirəcəm".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.