Ukraynada ağır döyüşlər:- ölənlər və yaralananlar var
Son gün ərzində Ukraynanın şərqində gedən toqquşmalarda 4 rusiyapərəst separatçı, bir Ukrayna əsgəri və bir nəfər dinc sakin həlak olub. Bu haqda Ukrayna Antiterror əməliyyatı qrupunun sözcüsü Andrey Lısenko açıqlama verib.
Mülki şəxs Donetsk yaxınlığındakı Koks-kimya zavoduna mərmi düşməsi nəticəsində ölüb. Lısenkonun sözlərinə görə, zavodda baş verən yanğın nəticəsində kiçik sızma baş verib. Andrey Lısenko əlavə məlumat verməyib. Onun sözlərinə görə, baş verən son toqquşmalarda ümumilikdə 12 Ukrayna əsgəri yaralanıb. Hər iki tərəfin məlumatına görə, ən ağır toqquşmalar Mariupol şəhərinin ətrafındakı Şirokine kəndində olub.
Qeyd edək ki, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən toqquşmalarda 6 mindən çox adam ölüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.