İraq OPEK ölkələrinin Amerikanın şişt nefti ilə qiymət mübarizəsində öz səviyyəsini saxlamaq üçün hasilatı çoxaldır. Bloomberg xəbər verir ki, ölkə ilk növbədə neft hasilatını 26 faiz artırmaq niyyətindədir. Ölkə hakimiyyəti neft hasilatının səviyyəsini sutkaya 3,75 milyon barelə çatdırmağa hazırlaşır. Qeyd olunur ki, sutkaya 800 min barel neft daha çox hasil olunacaq. Bu OPEK-in digər üzvü olan Qətərin belə hasilatını üstələyir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.