banner
banner

İdman

Bu fləşmobda 6 min gənc var- Ginnesin Rekordlar Kitabına düşə bilər

Bu fləşmobda 6 min gənc var-

“Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar. 

“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdirib. 

Bu aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib. 

Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılmışdı. 2 aprel 2015-ci ildə Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşmüşdü. 

Gəncədə 6000 nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord  təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.

“Bakı 2015”ə həsr olunan ən böyük fləşmobdan videonu sizə təqdim edirik:

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.