banner
banner

İdman

FİFA-nın 10-dan çox əməkdaşı - həbs olundu

FİFA-nın 10-dan çox əməkdaşı -

Bu gün səhər İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşı həbs olunub.

Cia.az xarici KİV-lərə istinadən xəbər verir ki, FİFA prezidentliyinə keçiriləcək seçki ərəfəsində əməkdaşlar 100 milyon dollarlıq korrupsiyada ittiham olunurlar.Həbs edilənlər arasında FİFA prezidenti Yozef Blatterin olmadığı bildirilir.

Qeyd edək ki, həbs olunanlar arasında FİFA-nın İcraiyyə Komitəsinin üzvləri - Kayman adalarından olan Cefri Uebb, uruqvaylı Euxenio Fiqeredonun adları mediaya məlum olub. Həmçinin komitənin trinidad tobaqolu sabiq üzvü Cek Uorner də tutulanlar sırasındadır. Onlar Sürixinin “Baur au Lac” otelində həbs ediliblər. Adları çəkilən şəxslər FİFA-nın Konqresində iştirak etmək üçün bir neçə gündür Sürixdə imişlər. Həbs olunanların hamısı ABŞ-a ekstradisiya olunub

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.