"Barselona" komandadan ayrılan Xavi Hernandezə əvəzləyici tapıb.
Cia.az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Borussiya"nın futbolçusu İlkay Gündoğana "elçi" düşüb.
24 yaşlı türk futbolçunun "Barselona" ilə anlaşdığı bildirilir. İ.Gündoğan İspaniya klubuna keçəcəyi təqdirdə FİFA tərəfindən "Barselona"ya qoyulan transfer qadağası səbəbindən bu komandada yanvar ayına qədər oynaya bilməyəcək.
Qeyd edək ki, İlkay Gündoğanla "Bavariya" və "Mançester Yunayted" klubları da yaxından maraqlanır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.