Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə edamla hədələnib.
Fətullah Gülənin “Hizmet” hərəkatına aid “Bugün” tele kanalının redaktoru Tarık Toros Ruumınyanın keçmiş prezidenti Çauşevskinin sarayının qarşısında çəkdirdiyi şəkli facebookda paylaşaraq ölkə prezidentinə söz atıb. Bütün bunlar isə Türkiyənin sabiq baş naziri Adnan Menderesi edama aparan dövlət çevrilişinin baş verdiyi 27 may tarixində baş verib. Toros Çauşevskinin tikdirdiyi bu sarayda heç yaşaya bilmədiyini vurğulayıb.
“Bu Çauşevskinin yaşaya bilmədiyi saraydır... Buxarestdə. Dünyanın ən heybətli üçüncü ictimai binasıdır. Tənqiddən sonra “özüm üçün tikdirmirəm, məndən sonrakılar qalacaq” demişdi. Həqiqətən elə oldu, başa çatmaq üzrə ikən edam olundu. Rumınca “Xalqın evi” qoyub adını, o dərəcə. Şəhər qəbristanında arvadı ilə yan-yana yatır. Üstündən yol keçib, keçə il kənara köçürüblər. İbrətlik. Çənəm düşdü”.
Xatırladaq ki, Ərdoğan prezident seçildiyi zaman prezidentin rəsmi iqamətgahı olan “Çankaya” köşkünə getməmiş, vəzifələrini icra etmək üçün daha əvvəl tikdirdiyi “Ağ saray”ı seçmişdi. Ərdoğan kəskin tənqidlər qarşısında bu binanı özü üçün tikdirmədiyini, bunun Türkiyəyə qalacağını demişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.