banner
banner

Sağlamlıq

Ölüm göz altındadırsa... – 10 SANİYƏYƏ NECƏ QURTULMALI?

Ölüm göz altındadırsa... –

Tək yaşayan, kömək üçün kimsəsi olmayan insanlar arasında çox tez-tez infarkt halları yaşanır. Təsəvvür edin, insan infarkt keçirir, köməyə heç kimi çağıra bilmir, evdə təkbaşına qalıb, yanında da dərmanı yoxdur.

Əgər bir anda ürəyinizin anormal döyündüyünü hiss etsəniz, bayılıb özünüzdən gedənə kimi cəmi 10 saniyə vaxtınız var. Bu 10 saniyə ərzində yalnız özünüz özünüzə kömək edə bilərsiz. Necə? Cia.az bunun qaydalarını təqdim edir. Bunları edəndən sonra mütləq təcili yardım çağırın.

İlk olaraq bir neçə dəfə var gücünüzlə, möhkəm öskürün.

Hər öskürəndə dərindən nəfəs alın, sanki sinəninizdəki bəlğəmi tüpürməyə çalışırsınız.

Nəfəsalma və öskürək hər 2 saniyədən bir fasiləsiz davam etdirilməlidir. Bunun  sayəsində ürək normal ritmlə döyünməyə başlayır.

Dərindən nəfəsalma oksigenin ağciyərlərə nüfuz etməsinə, öskürək isə ürəyi sıxışdıraraq, qan dövranının işləməsinə yardım edir.

Bu yolla infarkt keçirən xəstə həkim gələnə kimi bir az da vaxt qazanmış olur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.