banner
banner

Dünya

Erməni “soyqırımı” Avropada problem yaratdı

Erməni “soyqırımı” Avropada problem yaratdı

Avropanın ilk hicablı millət vəkili kimi tarixə düşən Mahinur Özdemir üzvü olduğu Demokratik Humanist Mərkəz (CDH) partiyasından çıxarılıb. CDH rəhbərliyinin 1915-ci il hadisələrinə dair qondarma “soyqırımı” iddialarını qəbul etməsi üçün Özdemirə göstərdiyi təzyiqlər səbəb olub. 

Qeyd edək ki, bir müddət əvvəl CDH-nin lideri Benoit Lütgen, “Partiyamızda “soyqırımını” inkar edən bir nəfər olsa dərhal onu uzaqlaşdırarıq” – bəyanatı ilə çıxış etmişdi. Bundan sonra Belçika mətbuatı parlamentdə 1915-ci il hadisələrinə dair keçirilən tədbirdə Mahinur Özdemirin iştirak etmədiyini xatırladıblar. 

Özdemir isə yerli mətbuatın hücum kampaniyası qarşısında öz mövqeyini dəyişdirməyib. Türk əslli millət vəkili 1915-ci il hadisələrinə dair məhkəmə qərarı olmadığını, Belçika hökumətinin və Avropa Birliyinin bu məsələdə mövqeyi olmadığını xatırladıb. 

“Təəssüf ki, CDH öz adında olan humanizm və demokratiyaya yaraşmayan qərar qəbul edib və Avropanın təməl prinsiplərindən olan söz azadlığı ilə heç bir əlaqəsi olmadığını sübut edib. Bu qərar CDH və Belçikanın demokratiya tarixinə qara ləkə kimi düşdü. Söz azadlığı 1915-ci il hadisələri üçün keçərli olmalıdır. “Hamımız Şarlıq” deyənlərin söz azadlığını müdafiə etməsi utandırıcı haldır”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.