Suriyanın İdlib vilayətinin son əhəmiyyətli şəhəri olan Eriha terrorçuların əlinə keçib. Şəhəri «əl-Qaidə»yə bağlı "əl-Nusra" qruplaşması tutub. Şəhər ətrafındakı kəndlər də terrorçuların nəzarətinə düşüb. Suriya İnsan Haüquqları Təşkilatı bildirib ki, İdlibdə hökumət qoşunları ilə terrorçular arasında qızğın döyüş getməyib. Vəziyyət belə davam etsə, Bəşər Əsəd yaxın vaxtlarda Hələb şəhərini də əldən verəcək.
Eriha şəhərində Suriya ordusunun 13 hərbçisi edam edilib, 18 hərbçi isə döyüşlərdə həlak olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.