Baş nazirdən Türkiyəni qarışdıran - şok görüntülərlə bağlı etiraf
"Çəkinmədən söyləyirəm. Bəli, o yardımlar Bayırbucak Türkmənlərinə gedirdi. Orada Türkmən qardaşlarımız qətl ediləcək biz də izləyəcəyik?" Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülərə münasibət bildirərkən deyib. Baş nazir 2014-cü ildə çəkilən görüntülərin yenidən yayımlanmasını seçkilərə hesablandığını deyib.
"Seçkilər yaxınlaşır. Bir qəzet MİT (Milli Kəşfiyyat Təşkilatı) TIRlarını yenidən gündəmə gətirdi. Milliyətçilik iddiası ilə çıxış edən, dövlətə sahib çıxdığını iddia edən Baxçalı da bu videonu şərh edib. Ona bir dövlət dərsi verim. Dövlət sirrini ifşa edənlə iş birliyi edilməz, bu bir casusluqdur. Bəli, o yardımlar Türkmən qardaşlarımıza gedirdi. O görüntüləri yayanlar kirli oyunun içərisindədirlər. Türkiyəni beynəlxalq aləmdə alçatmağa çalışırlar. Bunu məzlum Suriya xalqına anlata biləcəklərmi? Allah şahiddir ki, heç bir məzlumu tək buraxmadıq. Buraxmayaacağıq", - deyə Davudoğlu bəyan edib.
Qeyd edək ki, Türkiyənin müxalifət yönümlü 'Cümhuriyyət' qəzeti hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülərini yayımlayıb. Türkiyə polisi yük avtomobillərində aparılan axtarışlar zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.