İŞİD terror qruplaşması İraqda yüzlərlə uşağı qaçırıb. İŞİD silahlıları İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar. Bu barədə Ənbar vilayəti məclis üzvü Fərhan Muhamməd xəbər verib. O bildirib ki, İŞİD silahlıları nəzarət altında saxladıqları yerlərdləki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.
Uşaqların qaçırılması barədə xəbəri Diyala vilayəti polis idarəsi müdiri casim əs-Sadidi də təsdiqləyib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrinn mərkəzinə atıla biləcəyindən ehtiyat etdiyini dilə gətirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.