Nigeriyanın şimal-şərq ştatı Bornonun inzibati mərkəzi hesab edilən Mayduquri şəhərində məscid partladılıb. Partlayış nəticəsində ən azı 26 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb. Bu barədə TASS yerli mətbuata istinadla xəbər. Xəbərdə deyilir ki, “Boko Haram” radikal qruplaşmasına aid olan intiharçı özünü məscidin içində partladıb. Terror aktı radikallarla mübarizə aparacağını söz verən prezident Muhamməd Buxarinin inauqurasiyasından bir gün sonra baş verib.
Bundan əvvəl "Reuters" hadisə nəticəsində 18 nəfərin ölməsi barədə xəbər yaymışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.