banner
banner

Sağlamlıq

Şaftalının bilmədiyiniz - FAYDALARI

Şaftalının bilmədiyiniz -

Yayın ən sevimli meyvələrindən biri də şaftalıdır. Bəs şaftalının orqanizmə nə kimi faydaları olduğunu bilirsinizmi? Şaftalının faydalarını təqdim edirik.

Həzmə faydalı olan şaftalı bədəndəki zərərli maddələri və toksinləri atmağa kömək edir.

Sinir sistemini tənzimləyir, gərginliyi azaldır.

A, B C vitaminləri ilə zəngindir.

Böyrək daşını əritməkdə və salmaqda kömək edir.

Sidik yolu təmizləyicisidir. Babasilə faydalıdır.

Bağırsaq qurdlarının təmizlənməsində kömək edir.

Dəriyə çox faydalıdır, dərini gəncləşdirir.

Sulu meyvə olduğu üçün yayda sərinlədir. Mineral qaynağıdır.

Şaftalı kompotunun resepti:

5 ədəd şaftalı

2 stəkan şəkər tozu

1 ədəd vanil

2 litr su

Su və şəkər tozunu qaynadın. Şaftalıları soyub çəyirdəklərini çıxarıb təmizləyin. İstədiyiniz şəkildə doğrayın, sonra qaynadılan şərbətin içinə atın. Bir dəfə qaynatdıqdan sonra qazı azaldın. İçinə vanil, ya da istəsəniz çubuq darçın qatın. Qarışdırıb altını söndürün. Soyuduqdan sonra süfrəyə verin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.