ABŞ-ın Dövlət Departamentinin katibi Con Kerri Fransanın İsveçrə sərhəddinin 40 kilometrliyində yerləşən Syünze şəhərində velosiped qəzasına düşüb. Insident nəticəsində Kerri ayağından zədələnib. Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevedə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.
ABŞ Xarici İşlər nazirliyinin rəsmisi verdiyi açıqlamasında Kerrinin huşunun özündə olduğunu, ayağından xəsarət aldığını deyib.
Con Kerri İranın xarici işlər naziri ilə nüvə silahları probleminin müzakirəsi üçün Cenevrədə idi. Onun İspan kralı ilə görüşmək üçün axşam Madridə getməsi planlaşdırılırdı.
Kerri bundan sonra İŞİD terrorunun müzakirəsi üçün Parisdə keçirilən konfransda iştirak etməli idi.
Diplomatik səfərlərində velosipeddən istifadə etməyi xoşlayan Kerri çox vaxt velosipedini də səyahət edəcəyi təyyarədə özü ilə aparır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.