Cia.az-ın məlumatına görə, Sosial Demokrat Partiyasının üzvü olan Co Rodriges (Joao Rodriques) cib telefonuna baxarkən Braziliyanın "SBT" xəbər kanalının kamerası onu çəkib. Seçki sistemi islahatları müzakirə olunan zaman deputatın porno izlədiyi məlum olub.
Masanın altında telefonunda şəkillərə və videoya baxan Rodriques daha sonra baxdıqlarını yanındakı millət vəkilinə də göstərib.
Braziliyalı deputat isə telefonundakıları istəmədən gördüyünü deyir. Guya həmin şəkil və videoları ona WhatsApp vasitəsilə göndəriblər. Millət vəkili həmin görüntüləri sildiyini, göndərəni isə bloka saldığını deyir.


