|
"Qalatasaray" qapıçısı Fernando Muslera "Bursaspor"a qarşı Türkiyə kubokunun final matçını buraxacaq. Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb uruqvaylı qolkiperin Çili ilə oyun üçün milliyə çağırılmasıdır. O, iyunun 1-də Uruqvay millisinin düşərgəsində olmalıdır. Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" qarşılaşması iyunun 3-ü keçiriləcək. Cia.az
|


