banner
banner

Dünya

Nəhəng kran binaya düşdü- yaralananlar var

Nəhəng kran binaya düşdü-

ABŞ-ın Nyu-York şəhərində nəhəng qaldırıcı kran göydələnlərdən birinin üzərinə aşıb.
Hadisə nəticəsində ölən olmasa da, 10 nəfər yaralanıb.
Şəhərin meri Bil de Blazionun sözlərinə görə yaralananlar əsasən piyadalardır. Onlar arasında ciddi xəsarət alan yoxdu. Kran işlədilən tikintidə 2 fəhlə xəstəxanaya yerləşdirilib.
Bundan əlavə mer bildirib ki, “Allaha şükür olsun ki, insident ətrafda az adam olan vaxt baş verib”.

Polisin məlimatına əsasən səhər saat 10:50 radələrində qaldırıcı kran Madison Ave 261 ünvanındakı binanın damına havalandırma sistemi qaldırarkən, tros qırılıb və nəticədə kranın daşıdığı avadanlıqlar binanın üzərinə oradan da küçəyə düşüb.

Hadisədən sonra ətraf küçələr bir neçə saatlığa bağlanıb. Hökümət qüvvələri hadisənin baş vermə səbəblərinin araşdırıldığını deyirlər.





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.