ABŞ-da "Apple" şirkətinin məlumatları araşdırma mərkəzində kimyəvi sızma baş verib.
"USA Today" yazır ki, insident nəticəsində 5 nəfər "Apple" əməkdaşı xəstəxanaya yerləşdirilib. Bildirilir ki, binada xlorin sızması baş verdikdən sonra əməkdaşlar özlərini pis hiss etmələri və baş hərlənməsi barədə şikayət ediblər. "Apple" şirkətinin məlumatında deyilir ki, “Reaktiv maddələr çox güman ki, soyutma sisteminin təmizlənməsi zmanaı baş verib”.
Qeyd edək ki, sızma baş verən "Apple" mərkəzində iMessages, iTunes və şəkillərlə bağlı xidmətlər göstərilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.