banner
banner

İdman

"Qarabağ" çempion olsa da..." – Arif Əsədov

"Qarabağ" çempion olsa da..." –

“Neftçi” daim çempionluq və kubok uğrunda oynayan komandadır. Bu mövsüm Azərbaycan çempionu olmasaq da, minimum vəzifəni yerinə yetirib Avroliqaya vəsiqə qazandıq".

Cia.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan kubokun finalında "Qarabağ"la oyun öncəsi jurnalistlərə deyib.

O, Ağdam klubuna qalib gəlməyə çalışacaqlarını söyləyib:

"Rəqibimiz çempiondur, amma mən komandama inanıram".

O, "Qarabağ"la oyun üçün heyəti müəyyənləşdirdiyini bildirib:

"Düzdür, bəzi problemlər var. Buna baxmayaraq, heyəti müəyyənləşdirmişik".

A.Əsədov onu da qeyd edib ki, "Qarabağ"ın Azərbaycan Premyer Liqasının qalibi olması komandada heç bir gərginlik yaratmayacaq:

"İstəyirik ki, "Qarabağ"la oyunlarımızdakı  uğursuzluq sindromunu qıraq və qalib gələk".

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.